Azərbaycanda 2022-ci ilin yanvar-noyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 54,6 milyard manat olmaqla 2021-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,3 faiz artıb.
Bu barədə BUTA.TV-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 4,2 faiz artaraq 52,6 milyard manata bərabər olub, onun 48,1 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 493,3 manat və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 75,6 manat çox vəsait xərcləyib.
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir