Azərbaycanın hərbi əməliyyatların bərpa edilməsinə tərəfdar olmadığını bütün dünya bilir. Hətta 2020-ci ildə müharibənin başlamasının səbəbi də Ermənistanın ardıcıl olaraq törətdiyi təxribatlar idi. Ötən ilin sentyabr ayında baş verən toqquşmaların səbəbi də eynidir.
Bu sözləri BUTA.TV-a Qarabağda yeni müharibə riskinin artması ilə bağlı müxtəlif xarici mətbuat orqanlarında yayımlanan xəbərlər və ekspertlərin səsləndirdiyi fikirlər haqqında danışan Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Diplomat müharibə riskini artıran səbəbləri sadalayıb:
“Ermənistanın daim təxribata, silaha əl atdığını görürük. Yeni müharibə riskinin artması ilə bağlı proqnozların verilməsinin də arxasında Ermənistanın müzakirələri ləngitməsi, onu manipulyasiya etməsi, 10 noyabr Üçtərəfli Bəyanatın şərtlərinin yerinə yetirməməsi, delimitasiya və demarkasiya prosesindən, sülh müqaviləsini imzalamaqdan boyun qaçırması, insan hüquqları pərdəsi altında Qarabağdakı separatçılara dəstək verməsi və s. səbəblər dayanır. Revanşist qüvvələr təxribatdan əl çəkmirlər və yeni təxribatların baş verməsi də istisna deyil. Azərbaycan isə haqlı olaraq belə addımlar qarşısında səssiz qalmayacaq, qarşı tərəfin təxribatlarına lazımi cavab veriləcək”.
- Türkiyə Cümhuriyyətinin qurulmasından 102 il ötür
- Mehdiyevin 50 nəfərlik siyahısında kimlər olacaqdı? - Millət vəkili
- İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı
- Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...
- Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan
- Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi
- Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı
- Tramp Azərbaycandan danışdı: Buna son qoydum...