Ukraynanın NATO-ya daxil olmasını dəstəkləyirəm.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda çıxışında deyib. deyib.
“Müharibədən əvvəl mən Ukraynanın NATO-ya üzvlüyünün əleyhinə idim. Çünki müharibənin buna görə başlayacağından qorxurdum. İndi proses belə bir səviyyəyə çatdığından, neytral Ukrayna ideyası mənasızdır. Ukraynanın NATO-ya daxil olması sülh əldə edildikdən sonra məqsədəuyğun olardı”,- o bildirib.
Qeyd edək ki, bir müddət öncə Henri Kissincer özünün “Liderlik: dünya strategiyasının 6 dərsi” kitabında Ukraynadakı münaqişənin həllinin bu ölkənin neytral statusunun tanınmasından keçdiyini qeyd etmişdi.
- Sabah Bakıya yağış yağacaq
- Qardaş ölkədə Heydər Əliyev Bulvarı - Video
- "Sea Breeze"də layihə tikən şirkətin hesabına həbs qoyuldu
- Azərbaycan bu ölkədə 10 məktəb tikəcək
- Regionlarda həkim çatışmazlığı: TƏBİB təhlillərə başladı
- Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu
- Kartlardan vəsaitlərin silinməsi ilə bağlı açıqlama - Təcili
- Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdirilir