ABŞ İsraildəki anbarlarından Ukraynaya 155 mm-lik sursat göndərir.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” amerikalı və israilli mənbələrə istinadla məlumat yayıb.
“Pentaqon Ukraynanın artilleriya mərmilərinə olan ciddi ehtiyacını ödəmək üçün ABŞ-ın İsraildəki sursat ehtiyatından istifadə edir”, - məlumatda qeyd olunub.
Bildirilib ki, 2022-ci ildə ABŞ və İsrail Ukraynaya 155 mm-lik 300 minə yaxın mərmi tədarük etmək barədə razılığa gəliblər. Onların təxminən yarısı artıq Avropaya göndərilib.
Qəzetin bildirdiyinə görə, hazırda amerikalı rəsmilər Ukraynanın 2023-cü il sursat ehtiyatını təmin etmək üçün kifayət qədər mərmi toplamağa çalışırlar.
- Sabah Bakıya yağış yağacaq
- Qardaş ölkədə Heydər Əliyev Bulvarı - Video
- "Sea Breeze"də layihə tikən şirkətin hesabına həbs qoyuldu
- Azərbaycan bu ölkədə 10 məktəb tikəcək
- Regionlarda həkim çatışmazlığı: TƏBİB təhlillərə başladı
- Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu
- Kartlardan vəsaitlərin silinməsi ilə bağlı açıqlama - Təcili
- Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdirilir