İtaliya Superkubokunda “Milan”a 3:0 hesabı ilə qalib gələn “İnter” ardıcıl ikinci dəfə kuboku qazanıb.
BUTA.TV xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Fəhd adına Beynəlxalq Stadionda keçirilib.
“Milan” ölkə çempionu, “İnter” isə ölkə kubokunun sahibi kimi Superkubok matçında oynamaq hüququ əldə edib.
İtaliya Superkuboku 1988-ci ildən keçirilir, ən titullu komanda 9 qələbəsi olan Turinin “Yuventus”udur.
“İnter” yeddinci dəfə İtaliya Superkubokunu qazanıb və bu göstəriciyə görə “Milan”la ikinci yeri paylaşır.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio