İranın Bicar şəhərinin keçmiş millət vəkili Məhəmməd Məhəmmədrzayiyə 44 şallaq zərbəsi vurulub.
BUTA.TV xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı xəbər verib.
Bildirilib ki, həbsdə olan Məhəmmədrzayinin ağır xəstə olmasına baxmayaraq, barəsində çıxarılan hökm icra edilib. Bundan sonra millət vəkilinin vəziyyəti ağırlaşıb.
Onun xanımı Fatimə Bəhraminin sözlərinə görə, keçmiş millət vəkili məmurlar tərəfindən vətəndaşlara məxsus torpaq sahələrinin qanunsuz olaraq mənimsənilməsinə etiraz etdiyi üçün beş il həbs cəzasına məhkum edilib.
- Bakıya səhərə kimi leysan yağacaq – Xəbərdarlıq
- General rütbəsi verilən zabitlər kimdir? - Foto
- Ölümündən sonra təltif edilən polkovniklər...
- Bakıda "Rənc Rover" ağır qəza törətdi: ölən var
- Azercell “Əsgərcell”i istifadəyə verir
- Prezident bu hərbçiləri təltif etdi
- Bu hərbi qulluqçulara "general-mayor" ali hərbi rütbəsi verildi
- Şəhid olmuş hərbi qulluqçular və mülki işçilər təltif olundu