SEPAH-ın terror təşkilatı kimi tanınması yenilik deyil. Vaxtı ilə İranın İslam İnqilabı Keşikçiləri Korpusuna tabe olan Qüds qüvvələri Amerika tərəfindən terror təşkilatı kimi tanınıb. Eləcə də ABŞ-ın eks-prezidenti Donald Tramp SEPAH-ın terrorçu kimi tanınmasına imza atdı. Bu gün isə avropalılar SEPAH-ı terrorçu siyahısında görmək istəyirlər.
Bu sözləri BUTA.TV-a tanınmış güneyli fəal və siyasi şərhçi Mehdi Nəimi AP-nin SEPAH-ı terror təşkilatı kimi tanımaqla bağlı AB-yə yönəli tövsiyə xarakterli qətnamə qəbul etməsi haqda danışrakən deyib.
O, molla rejiminin sanksiyalara məhəl qoymadığını diqqətə çatdırıb:
“İranın etirazçılara tətbiq etdiyi siyasi basqı, Ukraynaya qarşı Rusiya ilə əməkdaşlığı SEPAH-ın əsas terror fəaliyyətlərindən hesab olunur. Bundan sonra Avropa dövlətləri daha hansı addım atacaq və prosesə necə yanaşacaq, ona baxmaq lazımdır. SEPAH isə bu cür qadağalara, sanksiyalara hazırlıqlıdır. İllərdir ki, İrana sanksiyalar tətbiq olunur. İqtisadi vəziyyəti getdikcə bu səbəbdən pisləşir. Vətəndaşlarına qarşı məsuliyyət daşısaydı, iş bu həddə çatmazdı. İqtisadiyyatını bir neçə qaz və neft quyusuna dayanaraq idarə edən hakimiyyət millət qarşısında özünü o qədər də cavabdeh hiss etmir. Qərb ölkələrinin embarqo və sanksiyalarını hakimiyyət nəzərə almır. SEPAH-ın terror təşkilatı kimi tanınması ilə yeni sanksiyalar tətbiq olunacaq. Bununla da SEPAH-a bağlı olan şirkətlər də sıxıntı yaşayacaq. İran isə bundan sonra Avropaya sözdə sinə gərməyə çalışacaq. Bu, elə sözdə olacaq, çünki əlində yetərincə imkanlar yoxdur. Ola bilər ki, İran Hörmüz boğazını sıxmaqla təzyiq göstərməyə çalışsın. Bunun qarşılığında da təpki görəcək. Ona gələcək təpkiyə isə İran cavab verəcək halda deyil”.
- MEDİA-nın təşkilatçılığı ilə təlimlər keçirildi – Foto
- Quterreş COP29-dan gözləntilərini açıqladı
- Kapital Bank "SIBOS 2024"də iştirakını uğurla yekunlaşdırdı
- TDT-nin baş katibi Qazaxıstan xalqını təbrik etdi
- Hərbi vəzifəlilərin növbəti təlim toplanışı davam edir
- Sabah Bakının 4 rayonunda qaz olmayacaq
- Aktyor və arvadını qətlə yetirən şəxs həbs edildi
- İçkili halda "102"yə 11 dəfə zəng etdi, həbs olundu