Rusiya Statistika İdarəsinin 2022-ci il üçün məlumatına görə, Çeçenistan, Dağıstan və İnquşetiyada boşanmaların sayı demək olar ki, iki dəfə artıb. Həmçinin bu respublikalarda ilin sonunda nikahların sayında azalma qeydə alınıb.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, ailə üzrə ekspert Qalina Karaseva statistikaya təsir edən səbəblər barədə danışıb.
O, bildirib ki, Avropa həyat tərzi Şimali Qafqaza da təsir etməyə başlayıb ki, bu da yerli əhalinin adət-ənənələrinə təsir edir.
“Şərq yox, Avropa mədəniyyəti Qafqaza nüfuz etməyə başlayıb. Artıq yerli sakinlər boşanmağa daha asan qərar verirlər”, - deyə o, bəyan edib.
Bundan əlavə, onun fikrincə, COVİD pandemiyası da vəziyyətə mənfi təsir edib. Bir çox ailələrdə karantin səbəbindən münasibətlər pisləşib.
Bu arada, boşanmaların ən aşağı göstəricisi Moskva və Sankt-Peterburqda qeydə alınıb. 2022-ci ildə iki paytaxtda nikahların sayı boşanmaların sayını demək olar ki, iki dəfə üstələyib.
Karaseva izah edib ki, bu, meqapolislərin sakinlərinin yüksək rifahı ilə əlaqədardır və onun fikrincə, maddi durum nikahın qorunub saxlanmasına müsbət təsir göstərir.
“Böyük şəhərlərdə insanlar münasibətlərini rəsmiləşdirməyə çalışmırlar. Buna görə də, onların sonu statistikaya daxil edilməyib”, - deyə ekspert qeyd edib.
- Tərəfdaş ölkə səfirinin sərhədimizə gəlib, bu cür bəyanat verməsi…
- Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub
- Buna görə Çinlə əməkdaşlığı genişləndiririk - Əliyev
- Rəşad Dağlının ad günü kadrları aranı qatdı - Video
- Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adını açıqladı
- Çin Azərbaycanın 4-cü ən böyük tərəfdaşıdır - Prezident
- Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev
- İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verdi