Yaralanan gün mən Maryinka yaxınlığındakı poliqonda könüllü snayperlərin təlimində iştirak edirdim. Ordan mehmanxanaya qayıtdıqda isə atəş başladı. Həmin axşam otelə 7 ədəd 155 mm çaplı yüksək dəqiqlikli mərmi atılıb. Onlardan beşi partladı, ikisi isə az qala ayağımın dibinə düşəcəkdi, xoşbəxtlikdən partlamadı.
BUTA.TV xəbər verir ki, bunu “Roskosmosun” keçmiş rəhbəri Dmitri Roqozin deyib.
Roqozin bildirib ki, mərmi parçası ilə yaralanıb və beyin silkələnməsi alıb:
“Yaramın ağır olduğu ortaya çıxdı. Bir mərmi parçası çiynimə girib və boyunda beşinci və altıncı fəqərələr arasında ilişib qalıb. Yanvarın sonunda Donbasa qayıtmaq niyyətim var. Kosmik dövlət korporasiyasındakı keçmiş həmkarlarım həmin gün atəşin baş verdiyi ərazinin peyk şəkillərini mənə təqdim ediblər.
Bizə atəş açan döyüş heyətini izləməyə davam edirik və ümid edirəm ki, mən qayıdanda onlar tapılıb məhv ediləcək”.
O, qisas almağı şərəf məsələsi adlandırıb, çünki atışma zamanı iki yoldaşı həlak olub:
“Əlbəttə, həm kişi, həm də zabit kimi mən sadəcə olaraq “Qisas əməliyyatı” həyata keçirməliyəm”.
- İlham Əliyev gərginlik keçirən generallara deyir ki...
- Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...
- Erməni həmkarlarla birgə əhalini buna hazırlayırıq - Hacıyev
- Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat
- Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxt tamamlanır?
- Hər şeyi edəcəyik ki, Əliyev İrəvanda... - Simonyan
- DTX-nin saxladığı başçının köməkçisi danışdı
- Türk ölkəsində seçki: Rusiya “rusdilli əhali”dən narahatdır
 
                