Erməni diplomatiyası məzmun böhranı ilə üz-üzədir. Qarabağ, eləcə də Azərbaycanla bağlı verilən qərarlar da əsasən bu məntiqə tabedir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş nazirinin keçmiş baş müşaviri Arsen Qasparyan deyib.
O bildirib ki, Ermənistan istər Davosda, istər Moskvada, istərsə də digər şəhərlərdə Azərbaycanla görüş və danışıqlardan heç vaxt yayınmamalıdır:
“Mən dəfələrlə demişəm ki, Ermənistanın xarici siyasətinin məzmunu yoxdur. Ümumiyyətlə, bizim xarici siyasətimiz yoxdur. Hökumət proqramında yazılanlar məzmun deyil. Məzmunu olmayan xarici siyasət mənasızdır. Biz yeni məzmun müəyyənləşdirməliyik. Məzmun olmayanda sonsuz səfərlər, görüşlər heç bir problemi həll etmir”.
Qasparyan hesab edir ki, bu gün Qarabağ nizamlanması prosesi faktiki olaraq Rusiya ilə Qərb arasında qarşıdurma ilə nəticələnib:
“Köhnə tərif və formatlar artıq işləmir. Dünya dəyişdi, dünya iqtisadiyyatı da dəyişdi və biz bu dəyişikliyin əlamətlərini hər gün görürük. Nəticədə danışıqların əvvəlki formatına qayıtmaq üçün heç bir şərait görmürəm. ATƏT-in Minsk Qrupu çoxdan ölüb”.
- SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi
- Bu tibb mərkəzi həkimlərə görə cərimələndi
- Saleh Məmmədova Kür sahilində villa tikən sevimli kadrı yola salınacaqmı?
- Ağır çanta bəhanəsi ilə uşaqları soydu - Anbaan video
- Nəsimi rayonunun yeni icra başçısı kimdir?
- Kimlər “avara” hesab olunur? - Açıqlama
- Sabah külək güclənəcək - Xəbərdarlıq
- Azdramda idarəetmə strukturu yeniləndi