Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın və ailəsinə bağlı olan media qurumları ciddi ixtisarlara başlayıb. Xüsusilə də “Yerevan today.am” xəbər saytının əməkdaşlarına məlumat verilib ki, fevralın 1-dən portal minimum ştatla fəaliyyət göstərəcək. Səbəb kimi isə maliyyə problemləri göstərilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
“Sözügedən prosesin siyasi məzmunu da var. Robert Köçəryan komanda ilə son görüşdə bildirib ki, o, fəaliyyətində passiv olmaq qərarına gəlib. Çünki onu müxalifət meydanını zəbt etməkdə və yeni müxalifətin formalaşmasına mane olmaqda ittiham edirlər”, - məlumatda deyilir.
- SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi
- Bu tibb mərkəzi həkimlərə görə cərimələndi
- Saleh Məmmədova Kür sahilində villa tikən sevimli kadrı yola salınacaqmı?
- Ağır çanta bəhanəsi ilə uşaqları soydu - Anbaan video
- Nəsimi rayonunun yeni icra başçısı kimdir?
- Kimlər “avara” hesab olunur? - Açıqlama
- Sabah külək güclənəcək - Xəbərdarlıq
- Azdramda idarəetmə strukturu yeniləndi