Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
- SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi
- Bu tibb mərkəzi həkimlərə görə cərimələndi
- Saleh Məmmədova Kür sahilində villa tikən sevimli kadrı yola salınacaqmı?
- Ağır çanta bəhanəsi ilə uşaqları soydu - Anbaan video
- Nəsimi rayonunun yeni icra başçısı kimdir?
- Kimlər “avara” hesab olunur? - Açıqlama
- Sabah külək güclənəcək - Xəbərdarlıq
- Azdramda idarəetmə strukturu yeniləndi