Ukrayna baş prokurorunun müavini Aleksey Simonenko vəzifəsindən azad edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
“Baş prokuror Andrey Kostin baş prokurorun müavini Aleksey Simonenkonun vəzifədən azad edilməsi haqqında əmr imzalayıb”, - məlumatda deyilir.
Qeyd edilir ki, buna səbəb Ukrayna Prezidenti Vladimir Zelenskinin 2022-ci ilin dekabrında parlamentə müraciəti zamanı səsləndirdiyi qadağaya baxmayaraq , Simonenkonun Marbelyada (İspaniya) 10 günlük məzuniyyətdə olmasıdır.
- Sabah Ermənistana benzin və dizel göndəriləcək
- Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
- Bakı Dəniz Vağzalında tədbir keçirildi
- Leyla Əliyeva arxiyepiskopla görüşdü
- Muxtar Babayev BMT-nin baş katibi ilə görüşdü
- Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - Video
- DSMF BMT-nin mükafatına layiq görüldü
- Bu gün general adı alan Rzayevin ləqəbi…