AB-nin İrəvana iki illik müddətə “mülki missiya” göndərməsi barədə qərarı Rusiyada ciddi narahatlıqla qarşılanıb.
BUTA.TV xəbər verir ki, Rusiya rəsmi dairələri ilə yanaşı, ekspertlər və rus mediası da olaya kəskin reaksiya sərgiləyirlər.
Rusiyanın “Reportyor” analitik saytı bildirib ki, uzun müddətdir İrəvan ABŞ-ın dəstəklədiyi AB ilə ciddi səylə flört edir və regional güclərlə münasibətlərə “fədakarcasına” xələl gətirir. Bunun üçün Ermənistan Baş naziri Nikol Paşinyanın KTMT-yə demarşlarını xatırlatmaq kifayətdir:
“AB-nin Ermənistana missiya göndərməsinə gəlincə isə o da erməni tərəfin təşəbbüsü ilə meydana çıxıb. AB-nin baş diplomatı Jozep Borrell 2022-ci il dekabrın 27-də AB-nin Qarabağda iki aylıq müşahidə missiyası başa çatdıqdan sonra erməni XİN rəhbəri Ararat Mirzoyanın əlindən Ermənistana mülki missiya göndərilməsi təklifi ilə məktub alıb. Üstəlik, Mirzoyan son günlər inanılmaz fırtınalı fəallıq nümayiş etdirir”.
Analizdə qeyd edilib ki, ötən gün Mirzoyan NATO-nun Brüsseldəki mənzil-qərargahında NATO Baş katibi Yens Stoltenberq ilə təkbətək görüş keçirib:
“O, yanvarın 25-dək orada qalacaq. Mirzoyan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid Makallister ilə də görüşüb və onunla Cənubi Qafqazda sabitlik və təhlükəsizlik barədə danışıb. Ermənistan Qərb tərəfdaşlarının köməyi ilə Azərbaycan və ona dəstək duran Türkiyəyə təzyiq göstərmək istəyir. Ermənistan və AB-nin bu cür fəaliyyəti regionda bütün mövcud razılaşmaları məhv edəcək transformasiya həyata keçirmək istəyindən xəbər verir. Məsələn, Qərbdəki müəyyən qüvvələr Rusiya ordusunun Gümrüdəki 102-ci bazasının fəaliyyətini dayandırmasını, Azərbaycanın Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşdirilmiş rus sülhməramlı kontingentin çıxarılmasını istəyir. Yəqin ki, zamanla rus sülhməramlıları AB, ATƏT, hətta NATO kontingentləri ilə əvəz etməyə çalışacaqlar. İrəvanla Paris arasında da xüsusi yaxınlaşma gözləmək lazımdır, çünki ən böyük erməni diasporlarından biri Fransada yaşayır”.
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış