Bu iki ölkə dəlidir, Kiyev isə... - Lukaşenko

15:06 - 24 Yanvar 2023 - GÜNDƏM

 Bu iki ölkə dəlidir, Kiyev isə... - Lukaşenko

Ukrayna Belarusa hücum etməmək haqqında pakt bağlamağı təklif edib.

BUTA.TV xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, Qərb Belarusla bağlı planlarından əl çəkməyib, Ukrayna isə yaraqlılara və ekstremistlərə təlim keçməkdə davam edir:

“Ukraynalıların niyə belə etdiyini başa düşə bilmirəm. Bir tərəfdən bizdən xahiş edirlər ki, heç bir halda Ukrayna ilə döyüşməyək, qoşunlarımız ora getməsin, hücum etməmək haqqında pakt bağlayaq, digər tərəfdən isə bu partlayıcı qarışığı hazırlayıb silahlandırırlar. Polşa, Litva ümumiyyətlə dəlidir. Onlara nə lazımdır? Aydın deyil”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol