Ukrayna kimi ərazisinin 30%-i işğal altında olan, müharibə aparan ölkədə hakim partiya daxilində fikir ayrılıqları və müəyyən parçalanmalar, vaxtaşırı fərqli məsələlərlə bağlı bu və ya digər yüksək çinli məmurun işdən kənarlaşdırılması və ya istefa verməsi normal haldır.
Bu sözləri BUTA.TV-a açıqlamasında siyasi şərhçi Turab Rzayev Ukraynada baş verən ard-arda istefalar barəsində danışarkən deyib.
Helikopter qəzasını diqqətə gətirən politoloq bildirib ki, Ukrayna daxili işlər naziri və daha bir neçə nəfərin həlak olmasında 3 ehtimal istisna edilməməlidir:
“Birinci versiya bundan ibarətdir ki, bu, Rusiya tərəfindən törədilmiş təxribatdır. Bununla Rusiya Ukraynaya “gözünün qabağında” nələr edə biləcəyini göstərməyə çalışa bilər.
Saleh Məmmədova Kür sahilində villa tikən sevimli kadrı yola salınacaqmı?
İkincisi, bu, Ukraynadakı hakimiyyətdaxili siyasi mübarizənin nəticəsi ola bilər. Helikopter qəzasını və istefaları Zelenskinin öz siyasi rəqiblərini aradan götürməsi kimi başa düşmək də mümkündür.
Üçüncü ehtimal Ukrayna təhlükəsizlik xidmətinin əməkdaşları ilə bağlıdır. Belə ki, əgər Dövlət Təhlükəsizlik Xidməti özü Ukraynanın hansısa nazirinin Rusiya ilə gizli işbirliyi içərisində olduğunu aşkar edərsə, ola bilsin ki, Zelenksinin məlumatı daxilində və ya xaricində bu cür təmizləmə əməliyyatı apara bilər”.
- SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi
- Bu tibb mərkəzi həkimlərə görə cərimələndi
- Saleh Məmmədova Kür sahilində villa tikən sevimli kadrı yola salınacaqmı?
- Ağır çanta bəhanəsi ilə uşaqları soydu - Anbaan video
- Nəsimi rayonunun yeni icra başçısı kimdir?
- Kimlər “avara” hesab olunur? - Açıqlama
- Sabah külək güclənəcək - Xəbərdarlıq
- Azdramda idarəetmə strukturu yeniləndi