Azərbaycan Tennis Federasiyasının erməni əsilli Rusiya idmançısı Karen Xaçanovun "Australian Open" turnirindəki təxribatı ilə bağlı Beynəlxalq Tennis Federasiyasına göndərdiyi məktub qəbul olunub.
BUTA.TV xəbər verir ki, bununla bağlı Beynəlxalq Tennis Federasiyasının məktubunda qeyd olunur:
“Beynəlxalq Tennis Federasiyası Karen Xaçanovun “Australian Open” çempionatında keçirdiyi oyunların sonunda meydançadakı kameraya yazdığı mesajla bağlı şikayətinizi qəbul edib. Beynəlxalq Tennis Federasiyası şikayətinizi “Australian Open” turnirinin təşkilatçısı olan “Tennis Australia”ya yönləndirdi. “Böyük Dəbilqə” Davranış Kodeksinə əsasən, Avstraliya Tennisi və “Böyük Dəbilqə”nin İdarə Heyəti “Australian Open” turniri və tədbirdə iştirak edən oyunçuların davranışı ilə bağlı yurisdiksiyaya malikdir. Onlar “Böyük Dəbilqə” Davranış Kodeksinə zidd hesab oluna bilən hər hansı hərəkəti araşdırmaq üçün müvafiq orqandırlar və istənilən növbəti tədbir planı həmin Davranış Məcəlləsində müəyyən edilmiş prosedurlara uyğun olaraq həyata keçiriləcək".
Azərbaycan Tennis Federasiyasından isə bildirilib ki, Beynəlxalq Tennis Federasiyası qarşıda baş verə biləcək hər hansı təxribatı nəzərində saxlasa da, Xaçanovun bundan əvvəlki əməllərinə görə hansısa tədbirin görülməməsi ciddi narahatlıq doğurur. Ona görə də, əvvəlki təxribatlar da nəzərə alınmaqla, erməni əsilli idmançının cəzalandırılması üçün yenidən beynəlxalq quruma müraciət ünvanlanacaq.
Xatırladaq ki, Xaçanov ardıcıl 2 oyundan sonra kameranın obyektivinə Qarabağdakı separatçı rejimin təbliği ilə bağlı yazı yazıb. Yarışda, həmçinin Ermənistanla yanaşı, separatçı rejiminin bayrağı açılıb.
Bu hadisələrdən sonra Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyası müvafiq qurumlara etiraz məktubu ünvanlayıb.
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Qazaxın azad olunan kəndlərindən - Foto
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək