Ermənistanda Avropanın və ümumiyyətlə, kollektiv Qərbin aktivləşməsi gözlənilən idi. Onlar Rusiya ətrafında yaranmış vəziyyətdən istifadə etdilər, lakin İrəvanın hərəkətlərinin nə dərəcədə balanslaşdırılmış olması sual altındadır.
BUTA.TV xəbər verir ki, bunu erməni analitik Hermine Mxitaryan deyib.
“Qərbin fəallığı xüsusilə bir sıra rəsmilərin İrəvana səfərləri, Ermənistan rəsmilərinin qarşılıqlı səfərləri səviyyəsində özünü göstərir. Bu fonda demək olar ki, Ermənistan hakimiyyəti geosiyasi avantüraya qərar verib. Qərbin real maraqlarını və onun ani hədəflərini anlamaq lazımdır. Laçın yolu məsələsində Ermənistan hakimiyyəti məsuliyyəti yalnız Rusiya tərəfinin üzərinə qoyur. Qərb də bundan maksimum yararlanmağa çalışır və daha da fəallaşır: onlar prosesdə əsas rolu öz üzərinə götürməyə, erməni cəmiyyətinin Qərbə qarşı müsbət münasibətini formalaşdırmağa, danışıqlar prosesinin onların himayəsi altında getdiyini göstərməyə cəhd edirlər. Gürcüstanın İrəvanla Bakı arasında platforma təklifi Qərbin fəallaşması kontekstində nəzərdən keçirilməlidir. Bunun fonunda Ermənistan hakimiyyəti ölkədə və cəmiyyətdə nəzərəçarpacaq dərəcədə antirusiya əhval-ruhiyyəsini gücləndirir, Qərbi və onun təklif etdiyi prosesləri müsbət tərəfdən təqdim etməyə çalışır”, - o bildirib.
Mxitaryan qeyd edib ki, burada Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın Laçın yolu ətrafındakı vəziyyəti əsas gətirərək danışıqlar üçün Moskvaya getməməsi, lakin Brüsselə getməsi də diqqət çəkir:
“Nəzəri cəhətdən bu, hakimiyyətin siyasəti ola bilər ki, guya Azərbaycan Laçın yolunu açana qədər onlar heç bir formatda görüşməyəcək, danışıqlar masasına əyləşməyəcəklər. Amma biz görürük ki, bu siyasət birbaşa antirusiya əhval-ruhiyyəsinin reallaşması ilə bağlıdır. Yəni problem azərbaycanlı həmkarı ilə görüşdə deyil, Rusiyanın vasitəçiliyi ilə görüş keçirməkdədir. Ermənistan Qərbin himayəsi altında danışıqlara hazır olduğunu nümayiş etdirir”.
Onun fikrincə, hakimiyyətin bu cür siyasəti və strateji tərəfdaşlarla münasibətləri kəskinləşdirməsi Ermənistanın maraqlarının heç bir halda nəzərə alınmadığı geosiyasi avantüradır:
“Üstəlik, hakimiyyətin apardığı siyasət nəticəsində respublikada təhlükəsizlik problemləri günü-gündən artır. Strateji müttəfiqlə dialoq yoxdur. Ermənistan-Rusiya münasibətləri həqiqətən böhran yaşayır. KTMT ilə bağlı rəsmi İrəvan tərəfdaşlara aydın olmayan bəyanatlar verir. Tutaq ki, Qərb Ermənistanın suverenliyinin təhlükəsizliyinin təminatçısı kimi görünür, axı bu, kifayət qədər uzun prosedurdur. Vəziyyət çox gərgindir. Əgər avropalılar Laçın yolu ilə bağlı problemi doğrudan da həll etmək istəyirlərsə, onda İrəvana niyə gəlirlər? Bu Laçın yolunun açılması ilə bağlı hansısa gizli danışıqların aparılması və ya Azərbaycan tərəfindən yeni tələblərin irəli sürülməsi ilə bağlı şübhələrə əsas verir. Və bu prosesləri qidalandıran Ermənistan hakimiyyətinin nəyi rəhbər tutduğunu məntiqlə izah etmək çətindir”.
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış