2022-ci ilin yekunlarına əsasən, Azərbaycanın xarici ticarət dövriyyəsi 2021-ci illə müqayisədə 55,36 faiz və ya 18,774 milyard dollar artaraq 33,912 milyarddan 52,646 milyard dollara qalxıb.
Dövlət Gömrük Komitəsindən (DGK) BUTA.TV-a verilən məlumata görə, xarici ticarət dövriyyəsinin strukturunda ixracın payına 38,146 milyard dollar düşüb ki, bu da 2021-ci ilin göstəricisindən 15,94 milyard dollar və ya 71,8 faiz yuxarıdır. Xarici ticarət dövriyyəsində ixrac payı ötən ilki 65,48 faizlə müqayisədə 72,4 faiz təşkil edib.
Hesabat dövründə Azərbaycanın idxalı illik hesablamada 2,834 milyard dollar və ya 24,21 faiz artaraq 11,706 milyard dollardan 14,54 milyard dollaradək qalxıb. Xarici ticarət dövriyyəsində idxal payı ötənilki 34,52 faizlə müqayisədə 27,6 faiz təşkil edib.
Nəticədə hesabat dövründə xarici ticarət dövriyyəsinin saldosu müsbət qalaraq illik hesablamada 2021-ci ildəki 10,5 milyard dollarla müqayisədə 13,106 milyard dollardan çox və ya 2,2 dəfə artıb.
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…