AB-nin Ermənistandakı missiyası ilə bağlı belə bir ssenarinin həyata keçirilməsi gözlənilir. Birinci mərhələdə missiya Ermənistana geniş tərkibdə gələcək. Sonra İrəvan sözügedən missiyanın müşahidə missiyasından hərbi missiyaya çevrilməsini təmin etməyə çalışacaq. Ardınca Ermənistanla Rusiya arasında müttəfiqlik münasibətlərində fasilə və gərginlik müşahidə olunacaq, ola bilsin ki, Rusiyanın Gümrüdəki hərbi bazası bağlansın və İrəvan KTMT-dən çıxsın.
BUTA.TV xəbər verir ki, bunu “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
“Bütün bunlar AB-nin Ermənistan siyasətində iştirakını daha da genişləndirəcək. İrəvan AB-nin himayəsi altında növbəti təxribatlara əl atacaq və Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının Qərb hərbi kontingenti ilə dəyişdirilməsini tələb edəcək. Bu, Nikol Paşinyan tərəfindən yox, Qərb tərəfindən yazılmış bir ssenari ola bilər. Paşinyan isə Qərbin bütün istəklərini yerinə yetirəcək. Ona görə ki, onun komandası birmənalı olaraq antirusiya siyasətinə meyillidir, qərbyönlüdür.
Məqsəd regionda Qərbin hökmranlığıdır. Qərb Rusiyanı sıxışdırıb çıxarmaq, onun üçün yeni destabilizasiya zonası yaratmaq, Azərbaycanın xarici və müdafiə siyasəti sahəsində suveren qərarlar qəbul etməsinə məhdudiyyətlər yaratmaq istəyir. Bu, həm də Azərbaycanın milli maraqlarının, milli təhlükəsizliyinin təmin edilməsində ən mühüm qərarların qəbulunda əl-qolunu bağlamaq məqsədi güdür. Müvafiq qərarların qəbulu məntiqini təhlil edəndə Moskva və Bakının vahid mövqedən çıxış etdiyini nəzərə alsaq, Qərbin başlıca məqsəd budur. Bölgədə xarici oyunçulara ehtiyacımız yoxdur. Bütün məsələlər müstəsna olaraq region dövlətləri tərəfindən həll edilməlidir. AB missiyasının Ermənistana göndərilməsi digər məsələlərlə yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizi də daxil olmaqla, ən mühüm logistika layihələrinin icrasını pozmağa yönəlib. Bu marşrut Rusiya üçün Avropa ilə əlaqənin kəsilməsi fonunda son dərəcə vacibdir. Ona görə də bu, həm Rusiyanın, həm Türkiyənin, həm də Azərbaycanın maraqlarına – ümumiyyətlə, Fransanın və AB-nin manipulyasiya obyekti olan Ermənistan istisna olmaqla, regionun bütün məsul oyunçularına zərbədir”, - o bildirib.
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi