Lənkəran rayonunda Rusiya vətəndaşı avtomobillə piyadanı vuraraq ölüdürüb.
BUTA.TV xəbər verir ki, hadisə yanvarın 30-u saat 05 radələrində Yeni Ələt-Astara-İran sərhəddi avtomobil yolunun rayonun Boladi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Rusiya Federasiyası vətəndaşı, 1962-ci il təvəllüdlü Temirbekov Arsen Maqomedsaidoviç idarə etdiyi "Volvo" markalı yük avtomobillə Astara rayonu istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən piyada, 1975-ci il təvəllüdlü Mərdan Təbriz oğlu Hüseynovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
- Polşa səfiri XİN-ə çağırıldı
- 600-dən çox bal toplayıb kənarda qalanlara - DİM sədrindən şad xəbər
- Biz neft sata bilməsək, heç kim sata bilməyəcək – Qalibaf
- Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi
- Fidan Darla danışdı
- Nepala nə qədər zərər dəyib? – Nazir açıqladı
- 1647-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı - Video