Bakı və İrəvan arasındakı münasibətlərin normallaşması prioritet təşkil edir.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
"Cənubi Qafqazla birbaşa həmsərhəd olan Rusiya bu regionun stabilliyində və tərəqqisində, regionun nəqliyyat-logistika, ticarət-investisiya, həmçinin texnoloji imkanlarının müəyyən olunmasında və qarşıqlılı səmərəli istifadəsində maraqlıdır. Bizim diplomatiyamızın səyləri məhz buna yönəlib", - XİN başçısı bildirib.
Lavrov eyni zamanda vurğulayıb ki, Rusiya regionda artmaqda olan münaqişə potensialının qarşısını almaq istiqamətində intensiv çalışır:
"Bu baxımdan əsas prioritet məsələlərdən birini Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması təşkil edir. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar, 26 noyabr və 2022-ci il 31 oktyabr tarixli bəyanatları bunun təməli olaraq çıxış edir. İnanırıq ki, prosesin uğuru bütünlükdə bu üçtərəfli bəyanatlara ciddi əməl olunmasından asılıdır".
- Putinlə Əliyev onların həbsini müzakirə edib - Kreml
- Monteneqroda saxlanılan azərbaycanlılarla bağlı müraciət...
- Natalya Petkeviç Füzuliyə getdi - Foto
- Mehriban Əliyeva Türkiyəni belə təbrik etdi - Foto
- Türkiyə Cümhuriyyətinin qurulmasından 102 il ötür
- Mehdiyevin 50 nəfərlik siyahısında kimlər olacaqdı? - Millət vəkili
- İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı
- Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...