Sosial şəbəkələrdə ötən il ölən Rusiya Liberal Demokrat Partiyasının keçmiş sədri Vladimir Jirinovskinin İran və Üçüncü Dünya müharibəsi ilə bağlı çıxışı yayılıb.
BUTA.TV xəbər verir ki, Jirinovski Vladimir Solovyovun aparıcısı olduğu “Vladimir Solovyovla axşam” verilişində qonaq olan ukraynalı siyasətçilərə 2024-cü ildə Ukrayna adında dövlətin olmayacağını deyir:
“2024-cü ildə Ukrayna adında dövlət olmayacaq. Yaxın Şərqdəki vəziyyəti nəzərə almırsınız - elə hadisələr olacaq ki, hamı Ukraynanı unudacaq. Söhbət Üçüncü Dünya müharibəsindən gedir. İran nə Vyetnamdır, nə Şimali Koreyadır nə də Kosova. Burada ən qorxunc hadisələr olacaq.
Biz qaçqınları sizə göndərməyə məcbur olacağıq. Avropa, bizim xahişimizlə türklər onları buraxacaq və hamı sizə toplaşacaq. Bu da sizin ölkənizin sonu olacaq. Bunu etməyə məcburuq, çünki siz beynəlxalq hüququ rədd edirsiniz, unudursuz ki, Rusiya nə deməkdir. Poza bildiyiniz qədər hər şeyi pozdunuz. Siz sərhəddə rusların barmaq izlərini götürürsünüz. Heç faşist Almaniyası bunu fikirləşməmişdi. Siz radio və televiziyada, qəzetdə rus dilini qadağan etdiniz”.
- İlham Əliyev Özbəkistana dəvət edildi
 - Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...
 - Ermənistanda Türk dilinin tədrisi... - Andreasyan
 - Qaşqaylar Əliyevin sözlərinə dərhal reaksiya verdilər
 - Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemi dəyişdi
 - Bakıda hərbi parada hazırlıq işləri görülür - Fotolar
 - Sabiq nazir efirdə bunu deyib kövrəldi, gözləri doldu - Video
 - Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil