Qurumlararası əməkdaşlıqla bağlı Koordinasiya Şurasının yaradılması ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) görüş keçirilib.
Bu barədə BUTA.TV-a TƏBİB-dən məlumat verilib.
Məlumata görə, görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavini Anar İsrafilov, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatı İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, İdarənin struktur bölmə rəhbərləri və digər qonaqlar iştirak ediblər.
BŞTİ-nin müdiri M.Vəliyeva qurumlararası əməkdaşlıqla bağlı Koordinasiya Şurasının yaradılmasında əsas məqsədin müvafiq qurumların təhsilalanlara, təhsilverənlərə və təhsil prosesinin digər iştirakçılarına dair daxil olmuş məlumatların və müraciətlərin çevik mübadiləsini aparmaq, təxirəsalınmaz tədbirləri təmin etmək, uşaqların müdafiəsi istiqamətində fəal iştirak etmək və əməkdaşlığı daha da genişləndirməkdən ibarət olduğunu bildirib.
Məktəbəqədər və ümumtəhsil müəssisələrində baş verən hadisələrə qanunvericiliyə uyğun, çevik və təsirli müdaxilənin gərəkli olduğunu vurğulayan tədbir iştirakçıları Koordinasiya Şurasının həyata keçirəcəyi işlərin uşaqların müdafiəsi istiqamətində uğurlu nəticələrə yol açacağına, xoşbəxt cəmiyyətin formalaşmasına töhfə verəcəyinə inandıqlarını bildiriblər.
Sonda BŞTİ ilə müvafiq qurumlar arasında əməkdaşlıq Protokolu imzalanıb.
- Rubio Slovakiya və Macarıstana gedir
- Qeyri-sabit hava ilə bağlı qabaqlayıcı tədbirlər görülür - ADY
- Bakı dairəvi yolunda qəza: tıxac yarandı - Video
- ASCO sədri idarə rəisini özünə müşavir təyin etdi
- DYP-dən qarlı hava ilə bağlı daha bir müraciət
- Fəzail Ağamalının vida və dəfn yeri bilindi
- Bu yolda sürət həddi endirildi
- Vensdən İrəvanda sensasiya: Paşinyana görə 9 milyard dollar...