İran təbliğatının dilinin əzbəri olan ifadə…

20:58 - 30 Yanvar 2023 - GÜNDƏM

 İran təbliğatının dilinin əzbəri olan ifadə…

İran təbliğatçılarının tez-tez hədə-qorxu gəlmək üçün söylədiyi məşhur bir aforizm var: “Torpaq yeyərik, amma torpaq vermərik”. Mollalar bu ifadədən ilk dəfə İran-İraq müharibəsi zamanı istifadə ediblər.

Kult.az xəbər verir ki, bu barədə yazan ekspert heydər Oğuz maraqlı bir tarixçə xatırladıb.

O bildirib ki, bu ifadənin indiki molla rejiminə heç bir aidiyyəti yoxdur və onlar bu kəlamı bizdən oğurlayıblar:

“Bu ifadə ilk dəfə 1905-ci ildə Qacarlar hakimiyyəti dövründə mühasirəyə alınmış Təbrizdə bir türk anası tərəfindən dilə gətirilib.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

“Səttar xanın xatirələri antologiyası” kitabında bu barədə dəlil var. Kitabda Azərbaycanın Məşrutə Hərəkatının rəhbəri Səttar xan yazır: “Təxminən 9 aya yaxındır ki, mühasirə (Təbrizin mühasirəsi) altındaydıq... Yeməksiz-içməksiz, paltarsız... Düşərgədən çıxdım... Qucağında uşaq olan bir qadınla rastlaşdım. Gördüm ki, uşaq anasının qucağından enib çəmənə doğru getdi. Aclıqdan otu kökündən qoparıb torpaqlı-torpaqlı yeməyə başladı. Öz-özümə dedim ki, indi o uşağın anası məni söyür və fikirləşir: “Allah Səttar xana lənət etsin, bizi bu günə salan yerdə”. Amma ana uşağın yanına gəlib onu qucaqladı və dedi: “Eybi yox, balam. Biz torpaq yeyərik, amma torpaq vermərik”. Elə o zaman həyatımda ilk dəfə gözdən yaş axdı”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol