Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Barselonaya uçuşları bərpa edərək Bakıdan Avropaya marşrut şəbəkəsini genişləndirir.
BUTA.TV xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib.
Məlumata görə, Bakı-Barselona-Bakı marşrutu üzrə ilk reys mayın 2-də həyata keçiriləcək.
Barselona İspaniyanın ikinci əhəmiyyətli şəhəri və Avropanın ən böyük turizm mərkəzlərindən biridir. Barselona həm də mülayim iqlimi, dənizi və qum çimərlikləri ilə məşhur olan kurort şəhəridir.
Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportundan Barselonaya və əks istiqamətdə həftədə iki dəfə - çərşənbə axşamı və bazar günü yerinə yetirəcək.
Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış ola bilərsiniz. Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
- Fəzail Ağamalı ilə vida mərasimi keçirilir
- Şahin Bağırov onları rəis təyin etdi
- Mehdiyevin ŞOK ƏMƏLLƏRİ bir-bir ÜZƏ ÇIXIR - SƏN DEMƏ...
- Bu əraziyə 37 sm qar yağdı
- Ərazi zibil içində batır, sədr “xəbərçini” axtarır - Foto
- Ukraynada döyüşən məşhur azərbaycanlı öldü - Foto
- Dəm qazı daha bir can aldı
- Bu şəxslərin pensiya kapitalı 2800 manat artacaq