Səfirliyə terror hücumunu Azərbaycan özü araşdırmalı, lazım gələrsə, beynəlxalq mütəxəssisləri də dəvət eləməlidir. Çünki İran adlanan ölkədə rejimin məqsədli şəkildə törətdiyi cinayətin üstünün açıldığını hələ görən olmayıb.
Bu sözləri BUTA.TV-a Güney azərbaycanlı fəal Eldar Güney deyib.
“Hücumu təşkil edən şəxsin guya psixoloji problemi var və maddi imkanı aşağıdır. Sual olunur ki, maddi təminatı aşağı olan şəxs “Kalaşnikov“ markalı avtomatı haradan alıb? Bu silah yalnız və yalnız SEPAH-ın əlindədir. Adamın maddi gəlirləri yüksək deyildisə, bu silahı da əldə edə bilməzdi. Rejimimin 44 illik hakimiyyəti dövründə hələ heç kim dövlətin icazəsi olmadan səfirliyə hücum etməyib. Bu azmış kimi, hələ terrorçunu tutandan sonra kamera qarşısına çıxardıb, müsahibə alırlar. Dünyanın heç bir yerində belə bir şey görünməyib. Terror təşkil edən adamı polisə apararlar, sorğu-sual edərlər. Sonra məhkəmədə söz verərlər ki, danışsın. Niyə kamera qarşısına keçirdib, müsahibə alınmalıdır? Özü də Şimali Azərbaycana qarşı xoşniyyətli olmayan “Səhər” kanalında... Bu kanalı məxsusi olaraq Quzey üçün yaradıblar. İranda və Güney Azərbaycanda yayımlanmır. Kanal hücum baş verəndən dərhal sonra hadisə yerində hazır olur. Nə sirdirsə, digər media orqanlarının xəbəri olmur, ancaq “Səhər” kanalı məlumatlı olur. Müsahibə zamanı da hər kəs görür ki, adamın heç bir psixoloji problemi yoxdur. Sadəcə, planlı şəkildə həyata keçirilən terror idi”.
- Biz neft sata bilməsək, heç kim sata bilməyəcək – Qalibaf
- Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi
- Fidan Darla danışdı
- Nepala nə qədər zərər dəyib? – Nazir açıqladı
- 1647-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Abşeronda qəribə qəza - Qadın öldü, yeniyetmə sürücü qaçdı - Video
- İranda Trampı şizofren adlandırdılar
- Heç vaxt Epşteyn adasına getməmişəm – Qeyts