“2019-cu ilə qədər Bakıda aparılan inşaat işlərində bizə tikinti şirkətləri tərəfindən müraciət olunurdu. İndi biz belə rəy vermirik, çünki müraciət edən yoxdur”.
“BUTA.TV” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün Türkiyədə vaş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında danışıb.
O bildirib ki, müraciətlər zamanı Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tikiləcək binaların yerinin seysmoloji balını müəyyən edib yekun rəy verir, hesabat hazırlayırdılar: “2019-cu ildən bu yana bizə müraciət edən yoxdur. Biz də gedib kiminsə qapısını döyə bilmərik. Artıq bu, dayandırılıb. Mən bunu dəfələrlə demişəm, lakin reaksiya verən yoxdur”.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio