Ruben Vardanyanı ötən ilin sentyabr ayında Qarabağa göndərən Moskva onun geri qaytarılıb-qaytarılmamasına da qərar verəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan şahinoğlu Qarabağdakı separatçıların “dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyanın Moskvaya qaçması xəbəri haqda qeyd edib.
O bildirib ki, Vardanyan müstəqil fiqur deyil, Rusiya xüsusi xidmət strukturları onun Rusiyadakı maliyyə vəsaitlərinə və daşınmaz əmlakına nəzarət edirlər:
“Onu Rusiya vətəndaşlığından məhrum etdikləri kimi, lazım bildikləri halda vətəndaşlığa bərpa edə də bilərlər. Ruben Vardanyanın hazırda Moskvada olduğu bildirilir, məsləhətləşirlər. Əgər Vardanyanı yenidən Laçın yolu ilə Rusiya hərbi kontingentinin nəqliyyat vasitələrində gizli şəkildə Xankəndiyə göndərsələr, demək, Moskva bu separatçını hələ Azərbaycan ərazisində istifadə etmək istəyir”.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio