Alət ola bilmərik, Bakı ilə danışacağıq - Arşakyan

01:02 - 10 Fevral 2023 - GÜNDƏM

 Alət ola bilmərik, Bakı ilə danışacağıq - Arşakyan

Münaqişə baş verərsə, bunun üçün lazım olan bütün vasitələr tətbiq edilməlidir. Eyni prinsip danışıqlar prosesinə də aiddir.

BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Akop Arşakyan deyib.

“Dünyada çoxlu müharibələr olub. Münaqişə tərəfləri bir-birinə qarşı kimyəvi silahdan da istifadə ediblər. Bu isə 15 min insanın ölümünə səbəb olub. Buna baxmayaraq, bu gün həmin ölkələr danışıqlar masası arxasına əyləşib dialoqa gedirlər.

Əgər nəyəsə və ya kiməsə nifrət edirsinizsə, deməli, manipulyasiya olunursunuz. Sizi nifrətə sövq edərək kölə etmək istəyirlər”, - Arşakyan bildirib.

A.Arşakyan qeyd edib ki, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin gərginləşməsindən başqaları sui-istifadə edir:

“Mən istəyirəm, cəmiyyətimiz müəyyən ölkələrə münasibətindən, bu və ya digər tarixi dövrdə baş verənlərdən asılı olmayaraq, bizim hamı ilə əlaqə quracağımızı bilsin. Biz dialoqa girməliyik, çünki bu, maraqlarımızdan irəli gəlir. Biz kiminsə alətinə və ya sövdələşmə obyektinə çevrilməməliyik”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol