Malatyada itkin düşən azərbaycanlı tələbələrdən biri - Şahin Vəliyevin cansız bədəninin dağıntılar altından çıxarıldığına dair məlumatlar yayılıb. Məlumatın dəqiqliyini yoxlamaq üçün Şahinin anası Esmira Vəliyeva ilə əlaqə saxlanılıb.
BUTA.WS xəbər verir ki, E.Vəliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Dağıntılar altında qaldıqları ehtimal edilən dörd tələbə bir otaqda yaşayırdı. Onlar həm də qrup yoldaşı idilər. Mənim qardaşım oradadır, Gündüz adlı oğlanın atası oradadır. Mütəmadi əlaqə saxlayıram. Hələ oradakı beton örtükləri dağıdıb aşağıya enə bilmirlər. Bu yalan xəbərləri yayanlar bir az bizi düşünsünlər. Oxuyandan özümə gələ bilmirəm. Ölümlə bağlı dəqiq məlumat olsaydı, rəsmi qurumlardan əlaqə saxlayardılar, heç kim bizimlə əlaqə saxlamayıb, elə məlumat yoxdur. Axtarışlar davam etdirilir”.
Qeyd edək ki, Gəncədən olan Şahin Vəliyevin evi Vətən müharibəsi vaxtı ermənilərin Gəncəyə atdığı raket atəşləri zamanı dağılmışdı.
Xatırladaq ki, Şahin Vəliyevin ölməsi barədə məlumatı onun müəlliməsi sosial şəbəkə hesabında paylaşmışdı.
- İnternet Vergi İdarəsinə giriş təhlükədə ola bilər - Çağırış
- Sahibə Qafarova MDB PA-da çıxış etdi
- Büdcədə 2 milyarda yaxın profisit yarandı
- Azərbaycana PUA ilə narkotik keçirtmək istədilər - Foto
- Müdafiə və milli təhlükəsizlik xərcləri kəskin artırıldı
- İrəvanın ümidi Ərdoğanın getməsidir - Solonnikov
- AB-nin Ankara və Bakıya “türk zərbəsi”: Cavabı olacaq!
- Britaniya səfiri Zəngəzurda: dəhliz planında yeni səhifə açılır?