Azad edilmiş ərazilərdə bölmələrin xidməti-döyüş fəaliyyəti yoxlanılıb.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən bildirilib.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
Müdafiə naziri döyüş mövqelərinə gələrək əməliyyat şəraiti ilə bağlı məruzələri dinləyib. Qeyd olunub ki, müasir texniki avadanlıqla təchiz olunmuş mövqelərdə qarşı tərəfin bütün fəaliyyətləri fasiləsiz müşahidə edilir.
Şəxsi heyətlə görüşən nazir onların döyüş ruhu və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib. Döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və aparılması, şəxsi heyətin sayıqlığının artırılması ilə bağlı komandanlıq qarşısında konkret tapşırıqlar qoyub.
Sonra general-polkovnik Z.Həsənov şəxsi heyətlə birgə çay süfrəsi arxasında söhbət edib, onların qayğıları ilə maraqlanıb.
Müdafiə Nazirliyinin rəhbər heyəti daha sonra növbəti hərbi hissəyə gələrək burada yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün burada zəruri infrastruktur yaradılıb.
Hərbi hissədə yaradılan şəraitlə tanış olduqdan sonra general-polkovnik Z.Həsənov şəxsi heyətlə birgə nahar edib.
Sonda müdafiə naziri Ali Baş Komandanın tapşırığına əsasən hərbi qulluqçuların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, eləcə də sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aidiyyəti şəxslərə müvafiq göstərişlər verib.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir