ABŞ dövlət katibi Entoni Blinken Münhendə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.
BUTA.TV xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamenti yayıb. Məlumata görə, görüş yerli vaxtla 13:35-ə nəzərdə tutulub. Onun bu görüşə Münhendə G7 ölkələrinin xarici işlər nazirləri ilə görüşdən sonra qatılacağı bəlli olub. Azərbaycan və Ermənistan liderləri ilə görüşdən sonra isə Blinken Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə bir araya gələcək.
Qeyd edək ki, bundan öncə Blinkenin hər iki liderlə ayrı-ayrılıqda telefon danışığı olub. Bundan başqa ABŞ Dövlət Departamenti də Blinkenin hər iki liderlə görüşünün təşkili üzərində işlədiyini açıqlayıb. Üstəlik, bu həftə ərzində Blinkenin müavini Karen Donfrid Azərbaycan XİN rəhbəri Ceyhun Bayramova zəng edib.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio