Mirzoyandan Ankaraya Nikolun adından şok vəd: Vardanyanı...

12:40 - 18 Fevral 2023 - SİYASƏT

 Mirzoyandan Ankaraya Nikolun adından şok vəd: Vardanyanı...

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə səfərinin daha bir detalı bəlli olub.

BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Past” qəzeti yayıb. Məlumata görə, Ankarada Mirzoyana açıq şəkildə bildirilib ki, Azərbaycanla Ermənistan, eləcə də Ermənistanla Türkiyə münasibətlərinin nizamlanmasına mane olan əsas faktorlardan biri qondarma rejimin dövlət naziri Ruben Vardanyandır.

Qəzet öz mənbələrinə istinadən Mirzoyanın görüşdə Türkiyə tərəfinə birbaşa baş nazir Nikol Paşinyanın adından vəd verdiyini bildirib. Belə ki, Mirzoyan Çavuşoğluna tezliklə Ruben Vardanyan məsələsini həll edəcəklərini söyləyib.

Qeyd edək ki, Mirzoyan Ankaraya bir neçə gün öncə səfər edib. Məhsuldar keçən səfərdən sonra Mirzoyan Türkiyə ilə konkret razılıqlara gəldiyini bildirib. Bununla bərabər Ermənistan baş naziri Nikol Paşinyan da Mirzoyanın səfərindən məmnun olduğunu bildirib. Bununla belə diqqət çəkən məqam səfərdən bir gün öncə İrəvanın Bakıya sülh müqaviləsi ilə bağlı yeni təklifləri yollaması olub. Bundan sonra parlamentdə partiyasının deputatları ilə gizli görüş keçirən Paşinyan onlara Azərbaycanla bu il ərzində sülh müqaviləsini imzalamağa çalışacaqlarını deyib.

Bu xəbər hal-hazırda çox oxunur
Boşananlara bəd xəbər: aliment artırılır

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol