İlham Əliyevin Münhendə bu sözləri İranı silkələdi

22:16 - 19 Fevral 2023 - SİYASƏT

 İlham Əliyevin Münhendə bu sözləri İranı silkələdi

Azərbaycan Prezidenti İlham Əliyevin Münhendə TV kanallara müsahibəsi zamanı İran səfirliyimizə terror hücumu ilə bağlı açıqlaması İranı narahat edib.

BUTA.TV xəbər verir ki, Prezident terrorçunu göndərənlərin, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran isteblişmentinin nümayəndələrinin ədalət mühakiməsi qarşısına çıxarılmalı olduğunu bildirib. Həmçinin qeyd edib ki, iki gündən sonra terrorçunun “əqli çatışmazlığı olan insan” elan edilməsi qəribədir.

“Bu ekspertizanı onlar dərhal necə keçirə bildilər? Bu, onu ədalət mühakiməsindən yayındırmaq üçün atılmış bir addım idi”, - Prezident vurğulayıb.

İlham Əliyev bildirib ki, İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir və terrorçu cəzalandırılmalıdır.

Bu xəbər hal-hazırda çox oxunur
Boşananlara bəd xəbər: aliment artırılır

İran XİN rəsmisi Nasir Kənani isə Tehranın araşdırmanın nəticələrini Azərbaycan tərəfinə təqdim etməyə hazır olduğunu bildirib:

“Əminik ki, əməkdaşlıq şəraitində və konstruktiv yanaşma tərzində Azərbaycan rəsmiləri onları düşündürən bütün şübhə və suallara lazımi cavabları alacaqlar”.

Onun sözlərinə görə, səfirliyi hücumla bağlı iş üzrə hüquqi proseslər təcavüzkarın açıq-aşkar ifadələrinə və təbii ki, bu faciəli hadisənin bütün cəhətlərinə əsaslanmaqla, ekspertiza keçirilməklə araşdırılır:

“Bu hadisənin qeyri-hüquqi şərhlərinin mediada ifadəsi işin hüquqi və məhkəmə təqibində konstruktiv addım deyil. Yaxşı olar ki, hər hansı qərəzdən, məsələnin siyasiləşdirilməsindən və təbliğatından çəkinək”.

Qeyd edək ki, “qərəzdən” və “məsələnin təbliğatından” çəkinməkdən danışan İran terrorçudan tələm-tələsik açıqlama alaraq, mediada yaymış və onun “terroru şəxsi zəmində törətdiyi” ifadəsindən maksimum yararlanmağa cəhd göstərmişdi. Eyni zamanda, terror hadisəsində cəmi bircə saat sonra İran polis rəisi heç bir araşdırma olmadan, hadisənin “şəxsi zəmində” olduğunu dilə gətirməkdən çəkinməmişdi.

“Hüquqi müstəvidə” araşdırma aparmağa iddialı olduğunu bildirən İran terror hücumu zamanı ora yaxınlaşan polis əməkdaşlarının avtomatı bir kənara qoyaraq, maşınından gürz gətirib, səfirliyin qapısını qırmağa çalışan terrorçunu niyə zərərsizləşdirmədikləri, onunla ünsiyyətdə olmalarına rəğmən, həbs etmədiklərinin səbəbini də indiyə qədər elan etməli idi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol