“Vilayəti Xorasan”nın (İŞİD terror təşkilatının qolu - red.) “yatmış” cihadçıları Türkiyə dövlətinin təhlükəsizliyini təhdid edir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya FTX-sinin zabiti “RİA Novosti”yə bildirib.
O qeyd edib ki, Suriya-İraq zonasında hərbi məğlubiyyət fonunda İŞİD qüvvələrini digər bölgələrə, xüsusən də Əfqanıstana köçürür:
“Münaqişə zonalarının, o cümlədən Mərkəzi Asiyanın qızışdırılmasında maraqlı olan amerikalılar öz geosiyasi məqsədlərinə çatmaq üçün terrorçulardan fəal istifadə edirlər. Hücumları həyata keçirmək üçün “Vilayət” kütləvi şəkildə Mərkəzi Asiya regionu ölkələrindən insanları cəlb edir. Onların Əfqanıstana köçürülməsi əsasən Türkiyə vasitəsilə qeyri-rəsmi nəqliyyat qovşağından keçirilir. Üstəlik, bu ölkədə “yatmış” cihadçı hücrələr yaradılır, nəticədə Türkiyənin özünün təhlükəsizliyi təhdid altındadır”.
Onun sözlərinə görə, Rusiya FTX-si Mərkəzi Asiya ölkələrindən olan xarici tərəfdaşları ilə konstruktiv qarşılıqlı fəaliyyəti terrorçuların plan və niyyətlərini vaxtında aşkarlamağa, onların cinayətkar fəaliyyətlərini dayandırmağa imkan verir.
- Ceyhun Cəlilova etiraz edib işdən çıxıblar?
- Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti dayanır
- Abşeronda növbəti vətəndaş qəbulları və görüşlər keçirildi
- Birbank-la bütün suallara cavab almağın qısa yolu var
- Qubada hamilənin ölümü ilə bağlı araşdırma aparılır
- Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi
- AzerGold QSC vətəndaşlara xəbərdarlıq etdi - Foto
- Belə icra başçısı olar? Bu nə geyimdir? - Foto