Tanınmış müğənni Talıb Tale həbsdə olan dayısı oğlu, ictimai fəal Bəxtiyar Hacıyevin 49 gündür aclıq aksiyası keçirməsinə münasibət bildirib.
BUTA.TV xəbər verir ki, müğənni müsahibəsində Bəxtiyar Hacıyevin aclıq aksiyasını dayandırmasını istədiyini deyib.
“Bəxtiyar Hacıyevin özü ilə danışmaq imkanım olmayıb. Sıx əlaqədə deyilik. Bir-birimizi nadir hallarda, az görürük. Hər kəs bilir ki, Bəxtiyar haqsız yerə həbs olunub. Hər şeydən vacib sağlamlığıdır. Aksiyanı dayandırsın. Digər məsələlər, məncə, yoluna düşər. İnanmıram ki, uzun müddət həbsdə qalar. Bu, müvəqqəti bir şeydir. Sadəcə, aclıq aksiyası keçirməklə nə edirsə, özünə, sağlamlığına edir. Ona görə aksiyanı dayandırmasını istəyirəm”, - müğənni qeyd edib.
T.Tale onun Bəxtiyar Hacıyevi müdaifə etməməsi ilə bağlı səslənən iradlara da münasibət bildirib:
“Fikrimi bildirirəm, başqa nə edə bilərəm? Azadlığa buraxılması ilə bağlı müraciət etməmişəm, amma müəyyən strukturlardan vəziyyəti ilə, məsələnin necə olacağı ilə maraqlanıram. Hələ ki bilmirik. Bəlkə, bilmədiyimiz məsələlər var. Amma yeganə bildiyimiz budur ki, Bəxtiyar haqsız yerə həbs olunub”.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?