Belarus Prezidenti Aleksandr Lukaşenko Pekinə dövlət səfəri zamanı Çin Prezidenti Si Szinpinlə Ukrayna üzrə sülh danışıqları üçün səylərin birləşdirilməsini müzakirə ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə Belarusun Çindəki səfiri Yuri Senko məlumat verib.
“Liderlər (Belarus və Çin – red) vurğulayıblar ki, bu münaqişəyə təsir etmək üçün səylərin birləşdirilməsi lazımdır ki, tərəflər məsələlərin sülh yolu ilə müzakirəsinə və bütün dünya üçün əlverişli həllərin axtarışına keçsinlər", —Senko bildirib.
Onun sözlərinə görə, Lukaşenko Belarusun Çinin təşəbbüslərini çox diqqətlə izlədiyini vurğulayıb.
- “İdrak”da insident: MŞ-dən jurnalistlərə çağırış...
- "İdrak" liseyinin binası Ruslan Eyyubovun imiş
- Bu məşhurların övladları “İdrak”da təhsil alır
- Şənbə günü hava necə olacaq?
- Azərbaycanda Nyukasl xəstəliyinə yoluxma var?
- "İdrak" liseyində güllələnən müəllimin - Fotosu
- İnsidentin baş verdiyi liseydə təhsil haqqı nə qədərdir?
- Səfər Mehdiyevin köməkçisi olmuş polkovnik həbs edildi