Azərbaycan Milli komandası və "Qarabağ" futbol klubunun müdafiəçisi Maksim Medvedev Əhmədli qəsəbəsində yerləşən hipermarketə edilmiş silahlı basqın nəticəsində ölən Həşimov Rüfət Rahib oğlu ilə bağlı paylaşım edib.
BUTA.TV xəbər verir ki, M.Medvdev Rüfət Həşomovla birgə şəklini bölüşüb.
O, həmçinin paylaşıma "Allah rəhmət eləsin, sən bizim qəlbimizdəsən",-deyə sözlərini qeyd edib. Xatırladaq ki, dünən saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində baş verən silahlı insidentlə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Birgə məlumatda qeyd edilib ki, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank Kommersiya Bankı” ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb./Baku.vs
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio