Bu gün Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşlərinə start verilib.
BUTA.TV xəbər verir ki, ilk oyunda “Benfika” Lissabonda “Brügge” ilə qarşılaşıb. Səfərdə rəqibinə iki cavabsız qolla qalib gələn lissabonlular bu dəfə daha böyükhesablı qələbəyə seviniblər. “Benfika” futbolçuları rəqib qapısından 5 cavabsız top keçiriblər. “Brügge” futbolçuları bu toplardan yalnız birinin əvəzini çıxa biliblər – 5:1.
Beləliklə, “Benfika” Çempionlar Liqasının dörddəbir final mərhələsinə vəsiqə qazanan ilk kollektiv olub.
Günün digər matçında Almaniyada "Borussiya Dortmund"a 1-0 məğlub olan "Çelsi" isə öz meydanında 2-0 qalib gəlməklə növbəti mərhələyə adını yazdırıb.
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio