Belə bir sayt yaratmaq fikri məndə 2012-ci ildən var idi. Məhəmmədhüseyn Şəhriyar çox sevdiyim şairdir. Düşündüm ki, məndə olan materiallardan əlavə, yeni materiallar da yığım. Onun arxivlərini toplamağa başladım.
Bu sözləri BUTA.TV-a Məhəmmədhüseyn Şəhriyar saytının təsisçisi, jurnalist Fərid Azəri deyib.
Onun sözlərinə görə, saytın hazırlanması üçün 10 il vaxt sərf edib.
“Şairin arxivini toplamaq üçün Təbrizlə, İranla və şairin oğlu Hadi Behcət Təbrizi ilə əlaqələr qurdum. Onların vasitəsi ilə topladığımız materialları əvvəlcə Feysbuk səhifəsində yerləşdirmək qərarına gəldik. İzləyicilərimizin sayı 10 mini ötdü və belə düşündük ki, növbəti mərhələdə internet səhifəsi yaradaq. Maliyyə dəstəyi lazım idi. “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov dərhal müraciətimizə reaksiya verdi. Saytın yaradılması üçün lazım olan maliyyənin ayrılması təmin olundu”.
O bildirib ki, saytın təqdimat mərasimi keçiriləcək:
“Lakin dəqiq tarix demək çətindir. Təqdimat Bakı ilə yanaşı, Türkiyədə də nəzərdə tutulub. Topladığımız materiallar arasında şairin nadir fotoşəkilləri, səsyazıları və əlyazmaları yer alıb. Arxivimizdə 100 GB-dən artıq audio, 300 GB-yə yaxın video, o cümlədən, kitab və əlyazmaların elektron variantı, habelə, 5000-dən çox fotoşəkil toplanıb. Bu sayt həm şəhriyarsevərlər, həm də azərbaycanlılar üçün faydalı ola bilər”.
Fərid Azəri saytın hazırlıq prosesində yaranan çətinliklərdən də söz açıb:
“Şəhriyarın Azərbaycan dilində söylədiyi şeirləri daha geniş əldə etmək istərdim. Bəziləri var məndə. İnternet vasitəsi ilə İran arxivlərinə giriş əlçatan deyil. Bunun təmin olunması mürəkkəb məsələdir. Bununla bağlı çox ciddi çətinlik yaşayıram. Arxivləri sosial şəbəkələrdə müxtəlif ədəbiyyatşünaslar vasitəsi ilə axtarıb əldə edirəm. Bazamız kifayət qədər genişdir, amma mən daha da əhatəli olsun istəyirəm”.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir