Putin Paşinyana sonuncu xəbərdarlığını etdi

10:40 - 14 Mart 2023 - SİYASƏT

 Putin Paşinyana sonuncu xəbərdarlığını etdi

Rusiya Prezidenti Putinlə Ermənistanın Baş naziri Paşinyan arasında telefon danışığı olub. Danışıq İrəvanın ümid etdiyi ssenari üzrə getməyib. Putin Paşinyana özünü konstruktiv aparmağın zəruriliyini bildirib və söhbəti Ermənistanın indiyədək yerinə yetirmədiyi üçtərəfli razılaşmaların praktiki aspektlərinə həsr edib. Bunu Kremlin yaydığı məlumtda görmək mümkündür: Putin Paşinyanla söhbətində “bütün ortaya çıxan məsələlərin konstruktiv şəkildə, tərəflərin Rusiya sülhməramlıları ilə sıx təmasda və qarşılıqlı fəaliyyətində həllinin vacibliyini vurğulayıb”. Onların arasında iki respublikanın sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması ayrı-ayrılıqda qeyd olunur.

BUTA.TV xəbər verir ki, bunu rusiyalı analitik Andrey Petrov deyib.

“Ölkə rəhbərlərinin söhbəti Ermənistanın Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla münasibətlərin tənzimlənməsini pozmaq cəhdlərinə Moskvanın reaksiyasını ümumiləşdirir. Bundan əvvəl Rusiya hakimiyyətinin İrəvanın yaratdığı problemlərə mənfi münasibətini XİN rəhbəri Lavrov dilə gətirib.

Rusiya Ermənistandan bir neçə səbəbə görə narazıdır. Birincisi, İrəvan hakimiyyəti Azərbaycana qarşı təxribat törədir. Moskvanın vasitəçiliyi ilə iki respublika arasında sülhün təmin olunmasının bütün mərhələlərini ədalətli və aydın şəkildə müəyyən edən dörd sənəd imzalandı, lakin İrəvan bu sənədlər üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmir.

Bu xəbər hal-hazırda çox oxunur
Fransadan Netanyahunun həbs qərarına – Şok cavab

İkincisi, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı maraqlarının reallaşmasına mane olur. Sabit regiona ehtiyac və iki müttəfiqi arasında hərbi əməliyyatlara son qoyulması ilə yanaşı, Rusiya indi ondan ixrac və idxalda alternativ marşrut yaratmaq üçün istifadə etməyə çalışır - İrəvanın qurmaq istəmədiyi məhz Zəngəzur dəhlizi vasitəsilə. Ola bilsin ki, Ermənistan hakimiyyəti bu mövzudan qəsdən Rusiya ilə sövdələşmə aləti kimi istifadə edir ki, bu da Moskvanı qıcıqlandırmaya bilməz: İrəvan kömək əvəzinə müttəfiqinin çətin vəziyyətindən pul qazanmağa çalışır.

Üçüncüsü, Ermənistan Rusiyadan uzaqlaşma kursunu gücləndirib. Bunu İrəvanın KTMT-də işləməkdən imtina silsiləsi sübut edir: birincisi, Paşinyan KTMT-nin İrəvan sammitinin sənədlərini imzalamır, sonra respublika təşkilatın öz ərazisindəki təlimlərini ləğv edir, ardınca baş katibin müavini vəzifəsindən imtina edir. Qərblə Rusiya arasında genişmiqyaslı geosiyasi qarşıdurma zamanı Ermənistan Qərbin təhlükəsizlik rəsmilərini, hətta onların tərkibini genişləndirmək perspektivi ilə içəri buraxdı ki, bu da Moskvada yalnız xəyanət kimi qiymətləndirilə bilər”, - o bildirib.

Petrov qeyd edib ki, Kremlin yaydığı mesaj Ermənistan hakimiyyətinə son xəbərdarlıq kimi qiymətləndirilməlidir:

“Onlar antirusiya hərəkətləri ilə yanaşı, nizamlanmanın təxribatını dayandırmalı və özlərini dağıdıcı yox, konstruktiv aparmalıdırlar. İrəvan Azərbaycan hakimiyyəti ilə Qarabağ iqtisadi rayonundakı ermənilər arasında dialoqa müdaxilə etməməli, xüsusən də onları Azərbaycan ordusuna qarşı yeni müharibəyə hazırlamamalıdır.

Səbəbsiz deyil ki, söhbət Bakının Qarabağ ermənilərini pasportlaşdırma və infrastruktur layihələri ilə bağlı ikinci görüşə dəvət etdiyi gün baş verdi. Paşinyan komandası separatçı layihəni qoruyub saxlamaq üçün yollar axtardığı bir vaxtda Azərbaycan konstruktiv işlə məşğuldur. Moskvaya isə lazımdır ki, İrəvan buna qarışmasın.

Ermənistan nizamlanmanın təxribatını dayandırmağa və Paşinyan dörd bəyanatda imzaladığını etməyə borcludur. Rusiyaya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi lazımdır və Moskva İrəvanın bütün region üçün faydalı olan sənədə mane olmağı dayandırmasını gözləyir”.

Analitik vurğulayıb ki, iki ölkə sərhədində sabitliyin və təhlükəsizliyin təmin olunması ilə bağlı Kremlin sözlərdə xüsusi mesaj gizlənir:

“Söhbət AB-nin “mülki” missiyasına aiddir, onun nümayəndələri hazırda Ermənistan və Azərbaycan sərhədində yerləşir. Rusiyaya görə Avropanın təhlükəsizlik qüvvələrinin və rəsmilərinin nə müttəfiqlərinin sərhədində, nə də ümumiyyətlə Ermənistan ərazisində heç bir işi yoxdur. Otuz il ərzində Ermənistan sərhədlərinin təhlükəsizliyini FTX-nin Sərhəd Xidməti təmin edirdi və Moskva geosiyasi rəqiblərin onu əvəz etmək cəhdlərinə dözməyəcək. Tamamilə mümkündür ki, bu, Paşinyanın Putinə zəngi zamanı eşitdiyi sözdür. Ermənistanın baş naziri dinləyibmi? Ümid edək ki, söhbət Cənubi Qafqazın xeyrinə olub”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol