Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Sultanov vəzifəsindən azad edilib.
BUTA.TV xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Eldar Sultanovun qulluq keçməsinə xitam verilib və Baş prokuror Kamran Əliyev tərəfindən ona “Prokurorluğun fəxri işçisi” döş nişanı təqdim edilib.
- İsrail HƏMAS-a məxsus silah anbarlarını məhv etdi
- İranın su anbarlarının 45 faizi boşdur: Böhran dərinləşir
- Köçəryanın oğlu naməlum istiqamətə aparıldı
- “Patriot” raketləri aldıq - Zelenski
- Azərbaycanın beynəlxalq hava limanlarında viza ala biləcəklər
- ABŞ Munir vasitəsilə İrana xüsusi təklif göndərib
- Elvin əməliyyat olunacaq - 3 ay meydanlardan uzaq qalacaq
- ABŞ olmasaydı, bu ölkə işğal edilərdi - Vens