Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov həkim və müəllimlərin təqaüdə göndərilməsi üçün qoyulan yaş həddinin artırılmasını təklif edib.
BUTA.TV xəbər verir ki, komitə sədri hökumətin hesabatının müzakirəsi zamanı bildirib ki, həkim və müəllimlərin işçi kimi saxlanılmasında 65 yaş həddi ilə bağlı məsələyə yenidən baxılmalıdır.
Onun sözlərinə görə, rayonlarda xeyli vakant yerlərin olmasını nəzərə alaraq həkim və müəllimlərin təqaüd yaş həddi istisna olaraq 70 yaşa qədər artırılması məqsədəuyğun olardı:
“Nazirlər Kabinetindən bu məsələnin nəzərə alınmasını xahiş edirəm”.
- Mühüm dəyişiklik: Maydan ödənişlər tam veriləcək - Video
- Məşhur "Pitomnik bağı" ləğv edilir? - Rəsmi
- Könül Muxtarova onu təhqir edən şəxsi polisə verdi
- Azərbaycanda 18 otelin ulduz kateqoriyası ləğv olundu
- Bakıda su sayğaclarına qənim kəsilənlər saxlanıldı
- Kartdan 1400 manat oğurladı, toya pul yazdırdı
- Sabah Bakıya intensiv yağış yağacaq – Xəbərdarlıq
- DSX-nin Baş idarəsinin sabiq rəisi öldü - Foto