Qarabağa göndərilən və cəmi 112 gün “dövlət naziri” olmuş milyarder Ruben Vardanyan Ermənistandakı siyasi proseslərə qoşulmaq niyyətində olduğunu etiraf edib.
BUTA.TV xəbər verir ki, Ruben Vardanyan “Hraparak” nəşrinə müsahibəsində buna eyham vurub.
O bildirib ki, “peşəkar, böyük insanlarla komplektləşdirilmiş dövlət institutları” bizim hədəflərimizin reallaşdırılmasına kömək edəcək:
“Bu planda qarşıdan İrəvan Şəhər Şurası seçkisi böyük əhəmiyyət kəsb edəcək. Əmin olun ki, zamanı gələndə konkret cavablar və qərarlar olacaq”.
Arvadının gözünü kor edibmiş... - İndi də qayınatasının qətlinə görə tutuldu - Video
İrəvan Şəhər Şurasına seçkilərin keçiriləcəyini xatırlatması Vardanyanın Ermənistanda Nikol Paşinyan hakimiyyətinə ciddi rəqib olmağa hazırlaşmasına işarədir. İrəvan meri seçkisi bütün Ermənistanda olduqca önəmli siyasi proses sayılır. Vardanyan əvvəlcə İrəvan meri olmağı, ardınca isə hakimiyyəti götürməyi planlaşdırır.
Xatırladaq ki, Rusiyanın Vardanyanı Qarabağa göndərməklə, əslində, onu sonradan Ermənistana transfer edəcəyi və Paşinyanı devirməyə çalışacağı ilk gündən ehtimal edilirdi.
- İsrail HƏMAS-a məxsus silah anbarlarını məhv etdi
- İranın su anbarlarının 45 faizi boşdur: Böhran dərinləşir
- Köçəryanın oğlu naməlum istiqamətə aparıldı
- “Patriot” raketləri aldıq - Zelenski
- Azərbaycanın beynəlxalq hava limanlarında viza ala biləcəklər
- ABŞ Munir vasitəsilə İrana xüsusi təklif göndərib
- Elvin əməliyyat olunacaq - 3 ay meydanlardan uzaq qalacaq
- ABŞ olmasaydı, bu ölkə işğal edilərdi - Vens