Xəbər verdiyimiz kimi, Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Gündüz Nəzərzadənin başdaşı üzərində “şəhid” sözünün yazılması müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Kult.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, insanların kiməsə “şəhid” deməsi həmin şəxsin şəhid olduğu anlamına gəlmir:
“Peyğəmbərimiz (s.ə.s) bizə kimlərin şəhid sayıla biləcəyini öyrədib. Bəli, savaş meydanlarının haqqını verib, Haqq dərgahına gedənlərə şəhid deyirlər. Onlar axirətin həqiqətlərinə şahid olduqları üçün şəhid sayılırlar.
Peyğəmbərimiz (s.ə.s) şəhidliyin II, III, IV kateqoriyalarını da açıqlayır. Belə ki, əgər bir insan kütləvi xəstəliklər (taun kimi), su basqınlarında, övladını dünyaya gətirdiyi anda və bu kimi hallarda dünyasını dəyişərsə, bu zaman şəhidlik məqamı ilə taclandırılır. Bir tələbənin də xaricdə elm yolunda, Allah adına həlak olması da şəhidlik sayılır. Bizim cəmiyyətimizdə daha çox şəhidlik məktəbinin dərslərini savaş meydanlarında öyrəndiyimiz üçün hafizəmizdə belə qalıb. Ancaq dinə nəzər yetirdikdə görürük ki, şəhidlik anlayışı daha genişdir”.
İlahiyyatçı qeyd edib ki, şəhadət rütbəsi bir həyata, ömrə verilir:
“İnsan öz şirin canını Allaha qurban verdiyi zaman ona şəhidlik verilir. Ancaq islamda elmə verilən dəyər o qədər böyükdür ki, bu yola çıxmış insanın təbii fəlakətdən dolayı vəfat etməsinə də şəhidlik olaraq baxır. Bu baxımdan Gündüz Nəzərzadə və zəlzələzə ölən digər tələbələrimiz şəhid sayıla bilər”.
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!