Putin administrasiyası 2024-cü il prezidentlik kampaniyası üçün ilkin ideoloji təlimatlar hazırlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Meduza” mənbələrinə istinadən məlumat yayıb.
Prezident Administrasiyasının planına əsasən, növbəti seçkilərdə Vladimir Putin ilk növbədə ənənəvi dəyərlərin keşikçisi kimi mövqe tutacaq. Bundan əlavə, Kreml ideoloqları Rusiyanın digər ölkələr üzərində mənəvi üstünlüyü ritorikasına arxalanmaq niyyətindədir.
Kremlə yaxın mənbə nəşrə açıqlamasında deyib ki, yeni prezidentlik kampaniyası üçün mühafizəkar təcrid ideologiyası hələ müharibə başlamazdan əvvəl, 2021-ci ilin sonunda hazırlanmağa başlayıb:
Arvadının gözünü kor edibmiş... - İndi də qayınatasının qətlinə görə tutuldu - Video
“O zaman Kremldə müzakirə olunurdu ki, antiqərb mühafizəkarlığı mövzusu məmurların və təbliğatçıların ritorikasında rus dünyası ideyalarının təbliğini tədricən əvəz etməlidir. Seçicilərə Rusiyanın kənardan asılılığı az olan, ənənələri qoruyan və xarici aləmlə nisbətən az əlaqə saxlayan dövlət imicini satmaq planlaşdırılırdı.
İndi bu konsepsiya korrektə edilib: keçmiş SSRİ-nin bir çox ölkələrinin mənsub olduğu “rus dünyası” mövzusu “kənardan asılılığı az olan dövlət” anlayışının tərkib hissəsi olmalıdır”, - mənbə bildirib.
Mənbə eyni zamanda qeyd edib ki, bu kampaniyanın ideoloji əsaslarından biri "Rusiyanın DNT-si" layihəsinin inkişafı olacaq. “Rus dünyagörüşü”nü öyrənmək üçün nəzərdə tutulan bu layihə ilə Kremlin siyasi bloku “Bilik” təhsil cəmiyyəti ilə birgə məşğul olur.
Məlumata görə, prezidentlik kampaniyasının müzakirə olunduğu qapalı seminarda müəyyən olunub ki, Putin 2018-ci il seçkisində əldə etdiyi 76.69 faizlik nəticəni keçməlidir.
- İsrail HƏMAS-a məxsus silah anbarlarını məhv etdi
- İranın su anbarlarının 45 faizi boşdur: Böhran dərinləşir
- Köçəryanın oğlu naməlum istiqamətə aparıldı
- “Patriot” raketləri aldıq - Zelenski
- Azərbaycanın beynəlxalq hava limanlarında viza ala biləcəklər
- ABŞ Munir vasitəsilə İrana xüsusi təklif göndərib
- Elvin əməliyyat olunacaq - 3 ay meydanlardan uzaq qalacaq
- ABŞ olmasaydı, bu ölkə işğal edilərdi - Vens