"Qarabağ"ın doqquz futbolçusunun "Qalatasaray"a qarşı keçiriləcək xeyriyyə oyununu buraxacağı dəqiqləşib.
BUTA.TV xəbər verir ki, bunlar Marko Veşoviç, Marko Yankoviç, Bəhlul Mustafazadə, Toral Bayramov, Elvin Cəfərquliyev, Riçard Almeyda, Filip Ozobiç, Ramil Şeydayev və Musa Qurbanlıdır.
Marko Veşoviç və Marko Yankoviç Avro-2024-ün seçmə mərhələ matçları üçün Monteneqro millisinin heyətinə dəvət alıb. Digər oyunçular isə Azərbaycan yığmasına çağırılıblar.
Qeyd edək ki, martın 26-sı Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşün bilet satışından əldə olunan gəlir Türkiyədə baş verən güclü zəlzələdən zərər çəkənlərə göndəriləcək.
- Naxçıvanda avtobuslar kart sisteminə keçir
- Pərviz Şahbazovun ailəsində ağır itki
- Bakıda qadın dənizdə batdı
- Sabah yağış yağacaq
- Azyaşlıya qarşı soyğunçuluq etdi, saxlanıldı
- Pərviz Şahbazova ağır itki
- Azərbaycanda 63 yaşlı qadın ana oldu - Video
- Şirəliyevin ailəsinə məxsus xəstəxananın baş həkimi dəyişdi - Foto