Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva korifey sənətkar Arif Babayevi evində ziyarət edib, onu 85 illik yubileyi və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib.
Kult.az xəbər verir ki, Komitə sədri sənətkarın doğulub-böyüdüyü, Ermənistanın işğalından azad edilmiş Ağdam şəhərində həyatın, o cümlədən mədəni həyatın bərpası işinin yüksək sürət və keyfiyyətlə getməsini qürur hissi ilə vurğulayaraq, sənətkara növbəti yubileyini doğma yurdda keçirməyi arzu edib.
Q.Paşayeva sənətkara uzun ömür, möhkəm cansağlığı arzulayıb, ona Mədəniyyət Komitəsinin Təbrik məktubunu və xatirə hədiyyələri təqdim edib.
Məktubda sənətkarın həyat və fəaliyyətinin ən önəmli məqamlarına vurğu edilib.
Xalq artisti Arif Babayev Milli Məclisin Komitə sədrini evində salamlamaqdan şad olduğunu deyib, təbrik ücün təşəkkür edib, tarixi Zəfər qazanmış dövlətimizə, dövlət başçımız – Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Ordumuza ən xoş diləklərini çatdırıb, şəhidlərin əziz ruhunu ehtiramla yad edib.
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?
- DTX 70 kq qızılla saxlanılan diplomatla bağlı - Məlumat yaydı
- Bu uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
- Gürcü Arzusu Maydan istəyir: Bu, onun nəyinə lazımdır?
- Mikaelyan sərhəddən video yaydı: Döyüşə hazırıq!