Martın 18-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Misirə səfər edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeydin məlumatında bildirilib.
“Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Misirə şənbə günü həyata keçirəcəyi səfər iki ölkə arasında normal münasibətlərin bərpası üçün mühüm bir yol açır. Səfər iki qardaş dövlət və xalqın maraqlarına cavab verən qarşılıqlı anlaşmaya nail olmaq məqsədi ilə ikitərəfli münasibətlər, hər iki ölkəni maraqlandıran regional və beynəlxalq məsələlər üzrə dərin səviyyəli dialoqun başlanğıcı olacaq”, - Zeyd vurğulayıb.
Qeyd edək ki, bu səfər son 10 ildə Ankaradan Qahirəyə nazirlər səviyyəsində ilk səfər olacaq.
- Pərviz Şahbazovun ailəsində ağır itki
- Bakıda qadın dənizdə batdı
- Sabah yağış yağacaq
- Azyaşlıya qarşı soyğunçuluq etdi, saxlanıldı
- Pərviz Şahbazova ağır itki
- Azərbaycanda 63 yaşlı qadın ana oldu - Video
- Şirəliyevin ailəsinə məxsus xəstəxananın baş həkimi dəyişdi - Foto
- “Qafqazinfo”nu yeni instaqram səhifəsində izləyin!